Meksika Senatı hökumətdən ABŞ-la bir sıra sahələr üzrə əməkdaşlığı dayandırmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Tramp Meksika qarşı münasibətdə hörmətli və incə davranmayana kimi, hökumətdən ABŞ-da miqrasiya və cinayətkarlıqla mübarizədə ikitərəfli əməkdaşlığı dayandırmağa çağırırıq”,- deyə Senatın yaydığı bəyanatında deyilir.
Qeyd edək ki, daha əvvəl Tramp Meksika ilə sərhədin qorunması üçün ordunun səfərbər edilməsinə çağırıb.
Son xəbərlər
Son Xəbərlər