Səkkiz fərqli çəkidə dünya çempionu olan yeganə boksçu yenidən rinqə qayıdır.
“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl təqaüdə çıxacağını deyən 37 yaşlı fillipinli boksçu Emmanuel (Menni) Pasqua rinqə qayıdır. Bu barədə idmançının təşkilatçısı Bob Arum bildirib.
Onun sözlərinə görə, Pasqua 5 noyabrda yenidən rinqə çıxacaq. Bu barədə danışan Pasqua isə ilk növbədə əsas işinin parlamentdəki vəzifəsi olduğunu deyib. O, “Əgər təkrar boksa geri dönməyə qərar versəm, bu məclisin tətilə getdiyi dövrdə olacaq”,-deyə bildirib.
Qeyd edək ki, Menni Pasqua peşakar boksçu, siyasətçi və hazırda Filippin parlamentində senatordur. Karyerası boyunca onun 58 qalibiyyət, 6 məğlubiyyət və 2 bərabərliyi olub.
Son xəbərlər
Son Xəbərlər