Senatora verilən cəza bəlli oldu

senatora-verilen-ceza-belli-oldu
Oxunma sayı: 1629

Basman məhkəməsi Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov barədə qərarını elan edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, senator haqqında iki ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Xatırladaq ki, Araşukov Federasiya Şurasının iclası zamanı zalda həbs olunub. O, cinayətkar qruplaşma təşkil etməkdə və iki nəfərin qətlində günahlandırılır. Senatorun atası Raul Araşukov da saxlanılıb.