Bir qrup ABŞ senatoru Prezident Co Baydenə 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasına çağırış edən məktub göndərib.
"Qafqazinfo" xəbər verir ki, Demokrat senator Bob Menendez və Respublikaçı senator Con Korninin rəhbərlik etdiyi və 38 senator tərəfindən imzalanan məktubu Senatın Xarici Əlaqələr Komitəsi elan edib.
Hər iki tərəfdən olan senatorların adlarını özündə əks etdirən məktubda Baydenin keçən il etdiyi bir nitqi xatırladılıb, “sizin "erməni soyqırımı" gerçəkliyini rəsmən tanımaq üçün güclü bir çağırış etməyinizi xahiş edirik”,- deyə bildirilib.
Son xəbərlər
Son Xəbərlər