Sənaya təcavüzdə ittiham olunan Əsgərin işinə bu hakim baxacaq

senaya-tecavuzde-ittiham-olunan-esgerin-isine-bu-hakim-baxacaq
Oxunma sayı: 3274

17 yaşlı ictimai fəal Sənay Qəhrəmanlını (Yağmur) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağazadənin məhkəməsinin vaxtı müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, proses yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Əsgər Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emin Səfərov