Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

senaya-tecavuzde-ittiham-olunan-xalasi-oglu-saxlanildi
Oxunma sayı: 7706

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin 1 il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam”.

S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli ona etiraf etdiyini qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokuror Kamran Əliyev məsələni nəzarətə götürmüşdü.

Həmçinin oxuyun: “Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızı

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

Sənay Yağmurun zorlanması işini Kamran Əliyev nəzarətə götürdü

Baş Prokurorluq Sənay Qəhrəmanlı ilə bağlı rəsmi məlumat yaydı

Fotoda: Əsgər Ağayev