“Sənətkara dil uzatmaq olmaz, get, repini de”

senetkara-dil-uzatmaq-olmaz-get-repini-de
Oxunma sayı: 1978

“O insanla münasibətim yoxdur. Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Reper kimi yaxşı sənətkardır, amma müğənni kimi yox! Peşəkar musiqiçi deyil. 30 ildir sənətdəyəm, onunla nə kəlimə kəsim?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “MTV”yə açıqlamasında bildirib. O, Xalq artisti Miri Yusif barədə sərt açıqlamalar verib.

Nadir bir müddət əvvəl verdiyi açıqlamanı həmkarının şərh etməsinə etiraz edib. O, Miri Yusifi peşəkar musiqiçi kimi qəbul etmədiyini söyləyib: “Mən mədəniyyət, incəsənət üçün külüng döyəndə onlar bilmirəm harada idi?! İndi sənətkara dil uzatmaq olmaz. Və mənə söz deməyə sənin haqqın yoxdur. Nə yaxşı, nə də pis! Get, repini de! Yaxşı oğlan ola bilərsən, ancaq mənə toxunmayın! Mən oturmuşam öz taxt- tacımda. Burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən onlardanam”.

Qeyd edək ki, Nadir “Gedək, professor da, mən də “xolodelniki” açsın. Görək, kimdə doludur?” sözlərinə Miri Yusif “Həyatın bumeranqıdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb dəyir üzünə”,- deyə qeyd etmişdi.