Şengen vizası ilə bağlı mühüm yenilik

sengen-vizasi-ile-bagli-muhum-yenilik
Oxunma sayı: 3075


“Qafqazinfo”nun xəzər xəbər-ə istinadən məlumatına görə, Azərbaycanda şengen vizalarının alınması üçün yeni qaydalar bu gün qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycanda Avropa İttifaqına üzv dövlətlərin konsulluqlarında Viza İnformasiya Sistəmi fəaliyyətə başlayıb. Yeni sistemə uyğun olaraq Şengen vizası almaq istəyənlər konsulluğa müvafiq sənədlərlə yanaşı, barmaq izlərini və rəqəmsal fotoşəkillərini də təqdim etməlidirlər.

Bu sistem vasitəsilə Şengen vizası almaq istəyən ərizəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi də maksimum şəkildə təmin ediləcək.

 Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard-ın sözlərinə görə, yeni biometrik sistem Avropaya tez-tez səfər edən azərbaycanlı turistlərin xeyrinə olacaq.

Viza İnformasiya Sistemi eyni zamanda sərhəddə yoxlamaları da sürətləndirəcək.