Şengen vizası ilə bağlı yenilik

sengen-vizasi-ile-bagli-yenilik
Oxunma sayı: 3109

Avropa Parlamenti Avropa Birliyi ölkələrinə vizasız səyahəti nəzərdə tutan 60-dan çox ölkə vətəndaşının qabaqcadan qeydiyyata alınması ilə bağlı qərarı təsdiqləyib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra Şengen vizasına sahib olan vətəndaşlar məcburi şəkildə internet üzərindən qeydiyyatdan keçməldirlər.

Səyahətdən əvvəl hər kəs doğum günü, cinsiyyəti, haqqında cinayət işi olub-olmaması ilə bağlı məlumatı əks etdirən sənədi doldurmalıdır. Sistemdə qeydiyyat 7 avroya başa gələcək. Sənədlər 3 il və ya vizanın istifadə müddəti ərzində yararlı olacaq, 18 yaşdan kiçik, 70 yaşdan böyük şəxslər isə heç bir rüsum ödəməyəcək.

Qanun AB-nin Nazirlər Şurası tərəfindən imzalandıqdan və rəsmi qəzetdə yayımlandıqdan sonra ən gec 2021-ci ildə qüvvəyə minəcək.