“Şengen zonası ləğv oluna bilər” - Merkel

sengen-zonasi-legv-oluna-biler
Oxunma sayı: 1692

Almaniya kansleri Angela Merkel Avropaya gələn qanuni miqrantların və qaçqınların probleminin həll olunmayacağı təqdirdə Şengen zonasının mövcudluğunun sual altında qalacağını deyib.

“Qafqazinfo”nun modern.az-a istinadən verdiyi məlumata görə, hökumət rəhbəri Avropa Birliyi daxilində vizasız rejimin gəlcəyinin miqrant problemi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb: "Şengen zonası layihəsi çox önəmlidir. Amma qanuni miqrasiyanı leqal miqrasiyaya çevirməsək, Şengen indiki halında qala bilməyəcək".

Statistik məlumatlara görə, Almaniya təkcə 2015-ci ildə 1 milyona yaxın mühacir qəbul edib.