“Səngərlərə qayıdacağam...” - Yaralanan əsgər

sengerlere-qayidacagam-
Oxunma sayı: 5372

“Sağ qolumdan qəlpə yarası almışam, hər şey qaydasındadır. Sağalan kimi yenidən yoldaşlarımla birgə səngərlərdə döyüşəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu hafta.az-a ötən gün Tərtər istiqamətində düşmənlə döyüş zamanı yaralanan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Elçin Ataxan oğlu Məmmədov deyib.

Elçin Məmmədov bildirib ki, qəlpə yarası o qədər də ciddi deyil və həkimlərin səyi nəticəsində özünü yaxşı hiss edir.