“Adını sen koy” serialının çəkilişi zamanı tanışıb sevgili olan türkiyəli cütlük Hazal Subaşı ilə Erkan Meriç ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat yayıb.
“Sevdim...Sevgiyə dair nə varsa, birlikdə yaratdıq. Birlikdə güldük, ağladıq, mübarizə apardıq, bizlə bağlı minlərlə xatirəyə imza atdıq. Həyatı paylaşdıq. “Ayrılıqlar da sevgiyə dair” deyərək bütün qəlbimlə bütün xəyallarının gerçəkləşməyini diləyirəm. Şans, xoşbəxtlik, uğur hər zaman səninlə olsun. Səni sənə əmanət edirəm. Ona yaxşı bax...”, - deyə E. Meriç bildirib.
Son xəbərlər
Son Xəbərlər