“Sənin üçün saç rəngləmək ayıb deyilsə...”

senin-ucun-sac-renglemek-ayib-deyilse
Oxunma sayı: 2382


“Qafqazinfo”nun məlumatına görə, “ATV maqazin” verilişinə açıqlamasında meyxanaçı bildirib ki, plastik əməliyyat etdirən həmkarlarını tənqid edənlərə birmənalı baxmır:

“Sənətçi var ki, saçı ağardığı üçün rəngləyib. Lakin burnunu əməliyyat etdirən həmkarı haqda pis danışır. Sənin üçün saç rəngləmək ayıb deyilsə, başqası üçün burun əməliyyatı, üz dartdırmaq ayıb deyil. Mən heç kimə rişxənd etmirəm, Allah başıma gətirər. Ancaq normal dodağını, üzünü doldurana lağ edərəm. Qadın üçün təəssüflənə bilərəm.  

Bir həmkarımdan qaşını alıb-almaması soruşulub. Deyib ki, qaşımı almamışam. Onun şəkillərinə baxıb fikirləşirəm ki, yaxşı ki, qaşını alıb. İnsanları başa düşmək lazımdır. Dodağına gel vurdurduğu halda, dodağını dolduran insanları qınamaq mənəviyyatsızlıqdır”. 

Könül