“Səninləyəm Türkiyə!” adlı kampaniya başladıldı

seninleyem-turkiye-adli-kampaniya-basladildi
Oxunma sayı: 4314

Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.

"Qafqazinfo" xəbər verir ki, kampaniya qardaş ölkəyə humanitar yardım göstərmək məqsədilə yəşkil edilib. 

Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:

- Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin: https://yardim.et/az/donations/bank/online

- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖneManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.

- SMS vasitəsi ilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.

-Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]

Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcəkdir. 

Qeyd edək ki, Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Bu günün məlumatlarına əsasən: 150 bina dağılıb, 5395-dan çox yaralı var, azı 912 nəfər həlak olub.