Şenol Günəş rəsmən Türkiyə yığmasında

senol-gunes-resmen-turkiye-yigmasinda
Oxunma sayı: 1330

Mirça Luçeskunun istefasından sonra boş qalan Türkiyə milli komandasının baş məşqçisi postuna Şenol Günəş gətirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

Təcrübəli çalışdırıcı ilə 4 illik müqavilə imzalanıb. Sözləşmə 1 aprel tarixindən qüvvəyə minəcək. Müqavilənin müddəti 2020-ci il Avropa çempionatını və 2022-ci ildə keçiriləcək dünya çempionatını əhatə edəcək. 

Şenol Günəş “Beşiktaş”dakı işini isə mövsümün sonunda bitirəcək.