SEPAH-dan Səudiyyəyə gözdağı - İntiqam alınacaq

sepah-dan-seudiyyeye-gozdagi
Oxunma sayı: 791

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu gün Tehranda baş verən terror hadisələrinin arxasında Səudiyyə Ərəbistanının dayandığını söyləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

SEPAH-ın komandir müavini Hüseyn Salami bildirib ki, hücumu həyata keçirən terrorçu qruplaşmalar və dəstəkçilərindən intiqam alınacaq.

Qeyd edək ki, bu gün Tehranda Parlament binasına və İmam Xomeyni türbəsinə edilən terror hücumları nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb. Hər iki hücumda 4 nəfərlik terrorçu qrupu iştirak edib.

Bu, 2001-ci ildən sonra Tehranda baş verən ilk terror aktı olub.

Hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.