SEPAH hərbi müşavirinin öldürülməsində onları günahlandırdı

sepah-herbi-musavirinin-oldurulmesinde-onlari-gunahlandirdi
Oxunma sayı: 2540

“İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb. 

O bu həftənin əvvəlində İsrailin Hələb yaxınlığında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşavir Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib:

“Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər”. 

Qeyd edək ki, Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.