SEPAH-ın bazasında partlayış, ölənlər var

sepah-in-bazasinda-partlayis-olenler-var
Oxunma sayı: 1721

İranın şimalında Semnan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasında partlayış baş verib.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, hadisə Damqan şəhərində silah-sursatın daşınması zamanı qeydə alınıb.

İnsident nəticəsində hərbi bazanın iki işçisi həlak olub. Bununla belə, dağıntı baş verməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.