Separatçı rejim kəlbəcərlilərə cinayət işi açdı

separatci-rejim-kelbecerlilere-cinayet-isi-acdi
Oxunma sayı: 2257


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları – 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.

“news.am” saytının məlumatında iddia olunur ki, Ş. Quliyevin üzərindən “AKMS” avtomatı, “PM” tapançası, iki ədəd “F-1” qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, D. Əsgərovun üzərindən isə “AKMS” avtomatı, “PM” tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.