“Ukraynanın səlahiyyətli nümayəndələrinə araşdırma aparmaq üçün imkan vermirlər. Bundan başqa, separatçılar təyyarənin düşdüyü yerə beynəlxalq ictimaiyyəti və xarici ölkə nümayəndələrini buraxmaqdan imtina edirlər. Hökumətin məlumatına görə, qəzada ölənlərdən 38 nəfərinin meyiti Donetski morquna aparılıb, ola bilsin ki, həmin meyitləri araşdırmaçılardan gizlin yaracaqlar” - deyə məlumatda bildirilir.
UNIAN agentliyinin yaydığı məlumatda qeyd olunur ki, Ukrayna hökuməti yaranmış vəziyyətlə bağlı Avropa İttifaqı ölkələrini və ABŞ-ı xəbərdar edib.
Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən Malayziyaya məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb.
Təyyarədə olan 298 adamın hamısı həlak olub.
azadliq.org
Son xəbərlər
Son Xəbərlər