“Qafqazinfo” xəbər verir ki, separatçı respublikanın Mərkəzi Seçki komissiyasının məlumatına görə, saat 18-dək seçkilərdə seçicilərin 50,46 faizi iştirak edib.
Avropa İttifaqı (Aİ) Cənubi Osetiyada keçirilmiş parlament seçkilərini qeyri-legitim hesab etdiyi barədə bəyanat verib. “Avropa İttifaqı beynəlxalq hüquqa müvafiq olaraq Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Cənubi Osetiya separatçı regionunda iyunun 8-də parlament seçkiləri haqqında keçirilməsinə dair məlumatlarla bağlı bir daha bəyan edirik ki, Avropa İttifaqı bu seçkilərin keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımır”- deyə, Aİ-nin xarici siyasət xidmətinin məlumatında bildirilib.
Son xəbərlər
Son Xəbərlər