“Separatçılarla bağlı ibtidai istintaq başa çatıb” - Kamran Əliyev

separatcilarla-bagli-ibtidai-istintaq-basa-catib
Oxunma sayı: 2954

“Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev açıqlama verib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: “Onların bütün hüquqları ölkə daxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun təmin edilib, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək”.