Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sərac Moskvada Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarla görüşmək istəməyib.
“Qafqazinfo” xarici Kİv-ə istinadən xəbər verir ki, bu barədə Liviya Ali Dövlət Şurasının rəhbəri Xaled əl-Mişri bildirib. Onun sözlərinə görə, Sarac Haftarla “eyni masa arxasında oturmaqdan” imtina edib.
“Moskvada danışıqlar türk və rus dostlarımızla aparılır” deyə əl-Mişri qeyd edib.
Qeyd edək ki, Moskvada Rusiya və Türkiyənin vasitəçiliyi ilə artıq atəşkəslə bağlı razılıq əldə olunub. Razılaşma mətni Sərac tərəfindən imzalansa da, Haftar səhərədək vaxt istəyib.
Son xəbərlər
Son Xəbərlər