Güləş Federasiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşacaq.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO)
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksisa, Misir və Braziliya güləşçiləri yer olacaq.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA)
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə
Yarımqruplarda ilk görüşlər Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
Son xəbərlər
Son Xəbərlər