Serbiya millisi Avropa Çempionatını tərk edə bilər

serbiya-millisi-avropa-cempionatini-terk-ede-biler
Oxunma sayı: 3239

Serbiya Futbol Assosiasiyası UEFA-ya Avro-2024-tərk edə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda qurumun baş katibi Yovan Surbatoviç məlumat verib.

O, Avro-2024-ün iştirakçıları olan Albaniya və Xorvatiya yığmalarının azarkeşlərinin Serbiyaya qarşı qəbuledilməz şüarlar səsləndirdiklərini bildirib. Serbiya tərəfinin iddiasına görə, azarkeşlər serbləri öldürməyə çağırışlar ediblər. Bu hadisə Avro-2024-ün dünən keçirilən Xorvatiya - Albaniya matçının (2:2) 59-cu dəqiqəsində baş verib.

Yovan Surbatoviç baş verənlərə bağlım deyib: “İlk növbədə öz azarkeşlərimizə İngiltərə ilə oyunda göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, Sloveniyanı məğlub edəcəyik. Bu hadisə isə hiddət doğurur. Biz UEFA-dan bu insanlara qarşı sanksiya tətbiq olunmağı, hər iki federasiyanın cəzalandırılmasını tələb edəcəyik. Bu, bizə turnirdə oynamaqdan imtinayə başa gəlsə belə. Əgər UEFA belə bir qərar verməsə, biz sonrakı addımlarımızı düşünməli olacağıq”.