Futbol üzrə Serbiya millisinin baş məşqçisi Mladen Krstaiç istefa verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssisin istefası federasiya rəhbərliyi tərəfindən qəbul edilib və tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Mladen Krstaiç Serbiya millisinin “sükanı arxası”na 2017-ci ilin sonlarında keçmişdi.
Son xəbərlər
Son Xəbərlər