Serbiya sərhədlərini bağladı

serbiya-serhedlerini-bagladi
Oxunma sayı: 1277

Serbiyada koronavirusa yoluxanların sayı 103-ə yüksəlib. “Qafqazinfo” “Rosbalt.ru”ya istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.

Pandemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə rəhbərlik təhlükəsizlik tədbirlərini sərtləşdirmək qərarına gəlib (daha əvvəl fövqəladə vəziyyət elan olunmuşdu).

Vuçiçin sözlərinə görə, martın 20-dən (bu gün-red.) etibarən dövlət sərhədləri giriş üçün bağlanacaq. Bundan əlavə, bütün sərhəd-keçid məntəqələri də avia, avto və dəmiryolu nəqliyyatı üçün bağlanacaq.

Yaxın vaxt ərzində ölkəyə yalnız zəruri mallar gətirən böyük yük maşınları buraxılacaq.  

Cümə günündən şəhərlərarası avtobus və dəmiryolu əlaqəsi də fəaliyyətini dayandıracaq, ölkədə yalnız şəxsi avtomobildə hərəkət etmək mümkün olacaq.