Serbiyada iğtişaşlar zamanı 36 nəfər xəsarət alıb

Serbiyada iğtişaşlar zamanı 36 nəfər xəsarət alıb
Oxunma sayı: 988

Serbiyanın paytaxtında ötən gecə baş verən iğtişaşlar zamanı 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 19-unun polis əməkdaşı olduğu bildirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Belqrad Təcili Yardım Xidmətinin həkimi İvan Stefanoviç açıqlama verib:"19 polis və 17 nümayişçi yaralanıb, aralarında ciddi xəsarət alan olmayıb". Onun sözlərinə görə, iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarından birini maşın vurub.

Qeyd edək ki, Serbiyanın bir neçə şəhərində hökumət əleyhinə aksiyalar keçirilir. Etirazçılar ölkədəki mövcud epidemioloji vəziyyətdən və hakimiyyət orqanlarının koronavirusun yayılmasına qarşı gördüyü tədbirlərdən narazı olduqlarını bildiriblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi