Serbiyanın paytaxtı Belqradda prezident Aleksandr Vuçiçin əleyhdarlarının aksiyası davam edir.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, yüzlərlə aksiyaçı prezident iqamətgahını mühasirəyə alaraq Vuçiçi binadan çıxmağa qoymayıb. Mitinqçilərin qarşısını xüsusi təyinatlı dəstələr kəsib. Vuçiç polisin binada təhlükəsizliyi təmin edəcəyinə və zorakılığı dayandıracağına əminliyini bildirib. Prezident aksiya təşkilatçılarını faşist və oliqarx adlandırıb.
Dövlət başçısı, eyni zamanda qanunvericiliyə uyğun olaraq aksiyaların cəzalandırılacağına söz verib.
Son xəbərlər
Son Xəbərlər