Serbiyalı nazir ağır yol qəzası keçirdi - Video

serbiyali-nazir-agir-yol-qezasi-kecirdi
Oxunma sayı: 1229

Serbiyalı nazir Slaviça Djukiç Deyanoviç ağır yol qəzası keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza ötən gecə nazirin avtomobili yük maşınını ötməyə çalışarkən baş verib. Sürücü və nazir xəstəxanaya yerləşdiriliblər. 

Qəza nəticəsində 65 yaşlı qadın nazirin körpücük sümükləri sınıb və çiynindən zədələnib. Sürücüsü isə başından zədə alıb.