Sercio Gürcüstana gəlir

sercio-gurcustana-gelir
Oxunma sayı: 1087

Gürcüstan tarixində ilk yaşanacaq.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, İtaliya prezidenti Sercio Matarella Gürcüstana ikigünlük səfər edəcək.  Gürcüstan müstəqillik əldə etdikdən sonra ilk dəfə İtaliya dövlət başçısı bu ölkəyə gələcək. Bu da tarixi hadisədir. 

Səfərin ilk günü Matarella və gürcü həmkarı Georgi Marqvelaşvili bir araya gələcək. Növbəti gün isə İtaliya liderinin baş nazir Mamuka Baxtadze və parlament sədri İrakli Kobaxidze ilə görüşəcəyi qeyd edilir.

Aysel Kərimova