Sərdar Cəlaloğlu akademiklə görüşdü

serdar-celaloglu-akademikle-gorusdu
Oxunma sayı: 1312


Görüş S.Cəlaloğlunun təşəbbüsü ilə Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutub.

“Qafqazinfo” xəbər verir ki, S.Cəlaloğlu akademiyanın prezidentinə öz elmi araşdırmaları haqqında məlumat verib və təklif etdiyi “mütləq nisbilik nəzəriyyəsi” adlı yeni ideyanın şərhinə dair kitabının əlyazmasını təqdim edib. Akademik A.Əlizadə görüşdə səslənən fikirləri maraqla qarşılayıb və təqdim olunan əsərin akademiyanın müvafiq strukturunda müzakirə olunacağını bildirib. Görüş zamanı S.Cəlaloğlu indiyədək dərc olunmuş bir neçə kitabını da akademiyanın prezidentinə hədiyyə edib.