Türkiyəli müğənni Sərdar Ortaç Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Ədalət Şükürov İnstaqram hesabında bildirib.
O, Sərdar Ortaçla şəklini paylaşaraq “Xoş gəlmisən, qardaş!” şərhini yazıb.
Qeyd edək ki, türkiyəli müğənni ötən il çıxardığı “Çək əlini üstümdən” adlı albomuna Ə. Şükürovun “Dedim yox” mahnısını daxil edib. Şükürov Ortaçın buna görə ondan icazə aldığını söyləyib.

Son xəbərlər
Son Xəbərlər