Sərdar Ortaç həyat yoldaşını razı saldı

serdar-ortac-heyat-yoldasini-razi-saldi
Oxunma sayı: 2863

Türkiyəli müğənni 3 ildir ev li olduğu irlandiyalı model Xloe Louqnanı uşaq sahibi olmaq üçün razı saldığını açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı model 3 ildir S.Ortaçın “ata olmaq istəyirəm” söyləməsinə baxmayaraq, “model olaraq karyeramı davam etdirmək istəyirəm” deyə cavab verirdi.

Bu yaxınlarda həyatda ən böyük 3 arzusundan danışan 47 yaşlı müğənni, onlardan ikisinin həyata keçdiyini, sadəcə ata olmaq arzusunun qaldığını demişdi.

Müğənni artıq həyat yoldaşını razı saldığını və 2018-ci ildə uşaq sahibi olacaqlarını söyləyib.