Serenayı ona dəyişdi - Fotolar

serenayi-ona-deyisdi
Oxunma sayı: 2962

Məşhur aktrisa Serenay Sarıkaya ilə yollarını ayıran aktyor Kerem Bürsinin yeni sevgilisinin kimliyi ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onun əvvəlcə sosial şəbəkə fenomeni Duyğu Özaslanla eşq yaşadığı iddia edilsə də, məlumat həqiqəti əks etdirməyib.

Məlum olub ki, tanınmış aktyor aktrisa Melisa Şenolsunla sevgilidir.

Uzun müddətdir bir-birini tanıyan cütlük Los-Ancelesdə təşkil olunan İkinci Hollivud Film Festivalında yaxınlaşmağa başlayıb.

Hazırda Amerikada olan Kerem bir müddət orada qalacaq. Lakin Melisa ötən gün İstanbula geri qayıdıb.