Türkiyənin məşhur aktrisası Serenay Sarıkayanın iş adamı Haldun Demirhisarla sevgili olması barədə xəbər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, serial və film ulduzunun özündən yaşca böyük biznesmenlə tanış olduğu, cütlüyün hazırda Göcek adlı bölgədə tətil etdiyi qeyd olunub.
29 yaşlı aktrisa sosial şəbəkədə paylaşım edərək iddiaları yalanlayıb: “Haqqımda çıxan və çox çirkin üslubda yazılan xəbər yalandır. Adı çəkilən şəxs dostumdur. Bir qadının təkcə güclü bir kişi ilə sevgili olarsa, istədiyi həyatı yaşayacağına dair eyhamlar və dostumun ünvanına yazılan çirkin şərhləri qınayıram”.

Son xəbərlər
Son Xəbərlər