Serenayla Cemin toyu olacaq

serenayla-cemin-toyu-olacaq
Oxunma sayı: 5817

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazla aktrisa Serenay Sarıkaya ailə qurur. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, cütlük bu il ailə həyatı quracaq.

Onlar artıq nikah barədə qərara gəlib və məlumatı yaxınları ilə paylaşıb. Cem və Serenay hələlik iddia barədə hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, C. Yılmaz bir dəfə ailəli olub. O, Ahu Yağtudan 2013-cü ildə boşanıb.

Serenayın sonuncu sevgilisi isə aktyor Kerem Bürsin olub.