Sərgən Yalçın “Neftçi”yə gəlir

sergen-yalcin-neftciye-gelir
Oxunma sayı: 3303

Türkiyəli məşqçi Sərgən Yalçın “Neftçi” ilə razılıq əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahin “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində məlumat verib. 

O bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Qeyri-adi nəsə baş verməsə, Sərgən Yalçın yaxın günlərdə Azərbaycan təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.