“Qafqazinfo” AzerTa-c istinadən xəbər verir ki, Dövlət Dumasının sədri S.Narışkin qeyd edib ki, parlament əlaqələri iki dövlət arasında böyük siyasi dialoqun tərkib hissəsidir. O, ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayıb, parlamentlərarası əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu qeyd edib: Dövlət Dumasının sədri Rusiya tərəfinin Azərbaycanla strateji tərəfdaşlığı möhkəmlətməkdə və genişləndirməkdə maraqlı olmasını təsdiqləyib.
Milli Məclisin sədri Oqtay Əsədov, öz növbəsində bildirib ki, Azərbaycanda Rusiya ilə dostluq, mehriban qonşuluq münasibətlərinə çox böyük əhəmiyyət verilir, bu əlaqələr Azərbaycanın xarici-siyasi fəaliyyətində prioritet hesab edilir: “İyun ayında rusiyalı yüksək vəzifəli şəxslərin Azərbaycana çoxsaylı səfərləri nəzərdə tutulur. Bu ayda Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcəkdir. Biz Dmitri Roqozini də Azərbaycanda gözləyəcəyik. Bu ayın axırlarında ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında sizi görməyə şad olarıq”.
Son xəbərlər
Son Xəbərlər