Sergey Lavrova kartof hədiyyə etdi

sergey-lavrova-kartof-hediyye-etdi
Oxunma sayı: 2286


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədbirin protokol hissəsinə dəvət olunan jurnalistlərin qarşısında nazirlər gülümsəyib, bir-birilərinin əllərini sıxıb, daha sonra jurnalistlərin iştirakı olmadan görüşə davam ediblər. Lakin sonradan gözlənilmədən KİV nümayəndələri yenidən görüşü işıqlandırmaq üçün dəvət olunublar. Bu zaman Con Kerri Lavrovla bir neçə həftə əvvəl danışdıqlarını və Suriya məsələsini müzakirə etməyi planlaşdırdıqlarını qeyd edib. Daha sonra Kerri karton qutudan iki kartof çıxararaq rusiyalı həmkarına təqdim edib. Kerrinin bu gözlənilməz hədiyyəsi hər iki tərəfdən gülüşlə qarşılanıb. 

Hədiyyə edilən kartoflar isə dövlət katibinin bu yaxınlarda səfərdən gəldiyi Aydoxa ştatındandır. 

Rusiyanın informasiya və çap  departamentinin direktor müavini Mariya Zaxarova isə bununla bağlı özünün facebook hesabında “ümid edirəm ki, bu yaxşı əlamətdir” statusunu paylaşıb.