“Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalından sonra finala vəsiqə qazanan 10 ölkə təmsilçisi təşkil olunan mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, Rusiya təmsilçisi Sergey Lazarev jurnalistlərə açıqlamasında məşq prosesində soyuqladığını deyib:
“Ötən gün keçirilən ikinci yarımfinalın əsas məşqində səhhətimdə, boynumda bir qədər problemlər var idi. Həkimə getdim. Səhnə soyuq idi. Bu da səsimizə mənfi təsir edir. Hər kəsdən alqış istəyirəm. Bir qədər istilik gəlsin”.
Qeyd edək ki, müsabiqənin böyük finalı mayın 18-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər