Sergey Skripal kritik vəziyyətdən çıxıb

sergey-skripal-kritik-veziyyetden-cixib
Oxunma sayı: 1364

Britaniyada zəhərlənərək xəstəxanaya yerləşdirilən rus əsilli agent Serqey Skripal həyatı təhlükəni adlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə agentin yatdığı Solsberi hospitalı məlumat yayıb. Bildirilir ki, Skripal aparılan müalicəyə müsbət cavab verib. 

Xatırladaq ki, ötən həftə Skripalla birgə zəhərlənən qızı Yuliya özünə gəlib. O, polisə ifadə verərkən baş verən hadisənin çaşqınlıq yaradan qalmaqal  olduğunu deyərək sağalma mərhələsində şəxsi həyatına hörmətlə yanaşılmasını istəyib.

Aysel Kərimova