Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yardımlı rayonunun Arus kəndinin yaxınlığındakı sərhədboyu ərazidə sahibsiz bağlama aşkar edib.
DSX-nin Mətbuat Mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Son xəbərlər
Son Xəbərlər