“Sərhəddə baş verənlərin Qarabağ problemi ilə əlaqəsi yoxdur” - Zaxarova

serhedde-bas-verenlerin-qarabag-problemi-ile-elaqesi-yoxdur
Oxunma sayı: 3033

“Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həllində yaxından iştirak edir və gərginliyin azaldılmasına kömək edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz Bakı və Yerevanla mütəmadi təmaslarımızı ən yüksək səviyyədə davam etdiririk, hərbi, sərhəd xidmətləri və təbii ki, xarici əlaqələr agentlikləri vasitəsilə operativ rabitə qurulub. Sərhəd hadisəsinə gəlincə, bunun Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur. Əsas səbəb Sovet vaxtından bəri miras qalmış Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır. Biz belə vəziyyətlərin müstəsna olaraq dinc danışıqlar yolu ilə həll edilməsi qənaətindəyik. Uzunmüddətli həll yolu kimi Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya prosesinin başlamasını görürürk. Rusiya buna hər cür kömək etməyə hazırdır”.