“Sərhəddə etimadı gücləndirmək əvəzinə əlavə qıcıq yarada bilər”

serhedde-etimadi-guclendirmek-evezine-elave-qiciq-yarada-biler
Oxunma sayı: 2293

“Avropa İttifaqının müşahidə missiyası Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, bu, qeyri-məhsuldar ola bilər”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu missiya sərhəddə etimadı gücləndirmək əvəzinə əlavə qıcıq yarada bilər.

Xatırladaq ki, “Azadlıq radiosu”nun erməni xidmətinin yaydığı məlumata görə, Aİ Ermənistana 2 il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.