Sərhəddə külli miqdarda narkotik aşkarlandı

serhedde-kulli-miqdarda-narkotik-askarlandi
Oxunma sayı: 838


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli  miqdarda 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram  həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.           

Faktla bağlı araşdırma aparılır.