Sərhəddə növbəti narkotik əməliyyatı - Foto

serhedde-novbeti-narkotik-emeliyyati
Oxunma sayı: 1635

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması, həmçinin sərhədyanı ərazilərdə yabanı şəkildə bitən narkotik xassəli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

DSX-dən “Qafqazinfo”ya verilən məlumata görə, 29 iyul 2018-ci il tarixdə sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazisindən qaçaqmal yolu ilə 3 bağlamadan ibarət 6 qutuda 10 milliqramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatlarının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
 
28-31 iyul 2018-cı il tarixlərdə Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Zaqatala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massivlərində ümumi çəkisi 9 ton 300 kq olan 13 796 ədəd yabanı şəkildə bitmiş çətənə kolları aşkar olunub və müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.