“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirildi - Foto

serhedde-ticaret-isci-qrupunun-iclasi-kecirildi
Oxunma sayı: 1054

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib.

Bu barədə "Qafqazinfo"ya Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib. 

Məlumata görə, onlayn formatda baş tutan iclas 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda olub. İclasa işçi qrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov sədrlik edib.

Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin baş idarə və idarə rəisləri, İqtisadiyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi, eləcə də özəl sektorun nümayəndələri iştirak edib.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində ölkənin iqtisadi qüdrəti sürətlə artıb, Azərbaycan regionun lider ölkəsinə çevrilib və beynəlxalq reytinqlər üzrə daim irəliləyir. 

İclasda, həmçinin “Sərhəddə ticarət” işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının yanvar-sentyabr aylarında icra vəziyyətinə dair hesabatlar dinlənilib və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.