Sərhəddə tutuquşu əməliyyatı

serhedde-tutuqusu-emeliyyati
Oxunma sayı: 2771

Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində 380 ədəd baytarlıq sənədi olmayan tutuquşunun Dağıstan ərazisinə keçirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

Xidmət müfəttişləri yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib ediblər. Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb.