“Moskva Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır".
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Biz Ermənistan-Azərbaycan sərhədində növbəti gərginlikdən ciddi narahatıq. Tərəfləri güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq", - Zaxarova bildirib.
Onun sözlərinə görə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin “əsas resepti” Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasıdır.
Son xəbərlər
Son Xəbərlər